Skip to content

Xidmətlərimiz

İstehsal

TrainMaintenance MMC, fərqli bazar seqmentləri və xüsusilə də qatar və enerji biznesi üçün kompleks sistemləri və məhsulları istehsal edə bilir. Müəssisələrimizdə bir neçə kompleks istehsal layihəsini həyata keçirmək üçün bütün müvafiq alətlər, dəzgahlar və ölçü avadanlıqları mövcuddur . Müştəri ilə müəyyən olunmuş tarix çərçivəsində, tələb olunan keyfiyyat və miqdara uyğun istehsal planlarını, tərtib və təsvirləri idarə etməyə qadirik. Müştəri ehtiyaclarına uyğun olaraq, bütün layihə mərhələlərində belə, münasib uyğunlaşma və düzəlişlərin edilməsi mümkündür. Peşəkar və motivasiyalı komandamız, ehtiyac olduqda istər istismar, istərsə də təhvil verilmə mərhələsində sizə dəstək olmağa hazırdır.

Texniki baxış

TrainMaintenance MMC-nin əsas fəaliyyət sahələrindən biri də kompleks infrastruktur sistemlərinə və obyektlərinə texniki xidmətdir. Müştərilər, sistem və komponentlərin tam fəaliyyət dövrü boyunca ən vacib aktivlərini səlahiyyətli və təcrübəli TrainMaintenance-a etibar edirlər. Bütün istismar tapşırıqları, müştəri ehtiyaclarına uyğun olaraq xüsusi müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən proqram təminatı tərəfindən dəstəklənir.

TrainMaintenance MMC, qatarların, istehsal sahələrinin və ya mağazaların təmizliyinə nəzarət edə bilən çevik və səmərəli bir təmizlik mütəxəssisi qrupuna malikdir.

Aktivlərin idarə olunması

TrainMaintenance, müştərilərinin ən vacib aktivlərinin tam canlı dövrü idarəetməsini əhatə edə bilər. Proqram təminatına əsaslanan proseslər və iş mərhələləri əsas məqsədlərə yönəldilir və fərqli tapşırıq və ehtiyacları prioritetləşdirir.

İnventar və ehtiyyat hissələri

TrainMaintenance MMC, inventar, material logistika idxalı və ixracatı üzrə mütəxəssisdir. Xüsusilə qatar və ya enerji müəssisələri kimi ağır sənaye sahələri üçün müştərilərimizin ehtiyaclarını qənaətcil və təsirli bir şəkildə təmin etmələrini dəstəkləmək üçün anbar sahəsi, logistik avadanlıq və yerli əlaqələr təmin edə bilərik. Bütün proses mərhələləri, hər hansı bir material axınının giriş və çıxışı, komponentləri, materialları və sistemləri etiketlərlə təchiz etmək və uyğun bir şəkildə saxlamaq üçün xüsusi hazırlanmış proqram təminatı ilə əhatə olunur.

İdxalat və İxracat

Digər ölkələrdən məhsulların idxalı, məhsulların idxalat və ixracat qaydalarını tənzimləyən bir çox növ yerli və beynəlxalq qanunları və prosesləri başa düşmək və izləmək qabiliyyətini əhatə edir. İdxal prosesləri ilə əlaqəli xərclərdən və çətinliklərdən qaçınmaq üçün, şirkətlər TrainMaintenance MMC-nin idxalat və ixracat xidmətinə inanırlar. Biz beynəlxalq problemlərinizi sürətli və effektiv şəkildə həll edə bilən, idxalat və ixracat xidmətləri göstərən mütəxəssislərik.

Mühəndislik \ layihələndirmə

Xaricdəki tərəfdaş şirkətlərlə iş birliyimiz, özünüzün və sizin müştərilərinizin kompleks sistemlərə dair iddialı tələblərini yerinə yetirmək üçün müasir layihələndirmə biliklərini əldə etməyə imkan verir. Enerjiyə ehtiyac duyulduğu qədər optimallaşdırılmış və avtomatlaşdırılmış, səmərəli istehsal üsulları üçün simulyasiyalar, hesablamalar, tərtiblər və dizaynlar etmək üçün, ən müasir alətlər və ölçü cihazları ilə işləməyə qadirik.

Proqram təminatı inkişafı

TrainMaintenance istehsal, texniki xidmət və ya material axını idarəetməsi kimi öz işini dəstəkləyən müxtəlif proqram təminatlarına sahibidir. Bu proqram təminatı digər müştərilərin xüsusi ehtiyaclarının ödənilməsi üçün də asanlıqla tətbiq edilə bilər. Standart proqram təminatımız müştəri tərəfindən bir layihənin sonunda götürülə bilən "ninox" çərçivəsinə əsaslanır.